Bank Of Baku

İlin sonunadək Lənkəranda daha iki bankomat quraşdırılacaq

İlin sonunadək  Lənkəranda daha iki bankomat quraşdırılacaq
# 11 noyabr 2008 23:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İlin sonuna kimi Lənkəranda daha iki yeni bankomat quraşdırılacaq. Bu barədə APA-nın cənub bürosuna “Kapital Bank”ın Lənkəran rayon filialının müdiri Nəbi Baxşıyev məlumat verib. Onun sözlərinə görə, şəhər ərazisində 4 bankomat quraşdırılmasına baxmayaraq bu, əhalinin pensiya və müavinət alan təbəqəsinin tələbatını ödəmir. Belə ki, “Kapital Bank”ın bankomat xidmətindən yararlanan 28800 nəfər Lənkəran sakinindən 21198 nəfərini pensiyaçılar, 7582 nəfərini isə sosial müavinət və sosial yardım alan şəxslər təşkil edir. N. Baxşıyev bildirib ki, rayonun həmçinin bir sıra idarə və müəssisələrin işçiləri də əmək haqlarını bankomatlar vasitəsilə alır və nəticə etibarı ilə bu, uzun növbələrin yaranmasına səbəb olur.
Qeyd edək ki, yaxın vaxtlarda Lənkəranın təhsil və səhiyyə işçiləri də əmək haqlarını plastik kartlarla alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR