Bank Of Baku

Azərbaycanda tikiləcək tədqiqat nüvə reaktoru ilə bağlı son qərar noyabrın sonlarında veriləcək

Azərbaycanda tikiləcək tədqiqat nüvə reaktoru ilə bağlı son qərar noyabrın sonlarında veriləcək
# 11 noyabr 2008 12:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda tikiləcək sterilizasiya qurğusu və tədqiqat nüvə reaktoru ilə bağlı son qərar noyabrın sonlarında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktorlar Şurasının yığıncağında çıxarılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. Onun sözlərinə görə, AEBA tərəfindən artıq layihələr razılaşdırılıb. “3 il ərzində biz nüvə tədqiqat reaktorunun əsaslandırılmasını və kadr hazırlığını həyata keçirəcəyik. Tikinti işləri isə 2011-ci ildən sonra başlayacaq. Bütün bunlar AEBA tərəfindən maliyyələşdiriləcək”. Layihəyə nə qədər vəsait ayrılacağına gəlincə, ilkin yazılışda bu məbləğ 270 min ABŞ dolları göstərilsə də, son qərar hələ çıxarılmayıb. Qeyd edək ki, Azərbaycanda tədqiqat nüvə reaktoru və sterilizasiya qurğusunun inşası üçün Xırdalan yaxınlığında xüsusi sahə ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR