Bank Of Baku

«BP-Azerbaijan» şirkəti Azərbaycanda tələbələr üçün yeni təqaüd proqramına başlayıb

«BP-Azerbaijan» şirkəti Azərbaycanda tələbələr üçün yeni təqaüd proqramına başlayıb
# 11 noyabr 2008 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti Azərbaycanda 2008-ci il üzrə «Tələbələr üçün təqaüd proqramı»na start verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «BP-Azerbaijan»ın ilk dəfə 2007-ci ildə başladığı «Tələbələr üçün təqaüd proqramı» şirkətin Azərbaycan üzrə təşəbbüsü ölkədə neft-qaz ixtisasları üzrə təhsil almağa marağı olan tələbələri nəzərdə tutur.
Proqram Azərbaycan Dövlət Neft Akademiyasında neft mühəndisliyi və geologiya ixtisaslarına yiyələnən 50-dək tələbəyə sponsorluq etmək məqsədi ilə təsis olunub. Proqram hazırda həm neft mühəndisliyi, həm də geoloji kəşfiyyat ixtisasları üzrə ali məktəbə daxil olmuş birinci kurs tələbələri üçün açıq olacaq. Gələn ilin yanvarın 10-dək ilk təqaüdçülər seçiləcək və proqramda iştirak edəcəklər: «Azərbaycanın iri neft-qaz işlənmələri və ixracı layihələrinin operatoru olaraq «BP-Azerbaijan» təhsilə xüsusi diqqət yetirir və bu cür təşəbbüslərə dəstək verməkdə davam etməyi planlaşdırır».
Qeyd edək ki, indiyədək «BP-Azerbaijan» şirkəti «Azərbaycanda neft və qaz ixtisasları üzrə təqaüd proqramı», «Yaşıl paket» və digər təhsil proqramlarına sponsorluq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR