Bank Of Baku

Naxçıvan şəhərində əmək yarmarkası keçirilib

Naxçıvan şəhərində əmək yarmarkası keçirilib
# 12 noyabr 2008 00:00 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan şəhərində əmək yarmarkası keçirilib. Naxçıvan Muxtar Respublikasının Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara 46 müəssisə və təşkilatdan 498 boş iş yeri təqdim olunub. Təqdim olunan vakant yerlərin 32-si dövlət, 14-ü özəl müəssisəyə aid olub. Gün ərzində 45 nəfərin işlə təmin olunması üçün göndəriş verilib, 2 nəfər kvota yerinə göndərilib.
Oktyabr-noyabr aylarında keçirilən yarmarkalarda 200-dən artıq vətəndaş daimi işlə təmin olunub.
Qeyd edək ki, 2008-ci ilin 10 ayı ərzində 2351 nəfər iş axtaran şəxs qeydiyyata alınıb, onlardan 1922 nəfəri əmək fəaliyyəti ilə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR