Bank Of Baku

Məleykə Abbaszadə: “Doqquz illik təhsil bazasından texnikumlara qəbulun aparılmayacağı barədə söz-söhbət şayiədir”

Məleykə Abbaszadə: “Doqquz illik təhsil bazasından texnikumlara qəbulun aparılmayacağı barədə söz-söhbət şayiədir”
# 11 noyabr 2008 15:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Doqquz illik təhsil bazasından texnikumlara qəbul aparılmayacağı barədə söz-söhbətlər şayiədir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hələlik 2009-2010-cu illər üçün texnikumlara qəbul planı təsdiq olunmayıb. M. Abbaszadə həm 9, həm də 11 illik təhsil bazasından texnikumlara qəbul imtahanlarını TQDK-nin keçirdiyini xatırladıb: “Fərq yalnız bundadır ki, 11 illik təhsil bazasından texnikumlara sənəd qəbulu ali məktəblərə sənəd qəbulu ilə eyni vaxtda aparılır və imtahanda iştirak edərək müvəffəqiyyət qazan bilməyən şəxslər 11 illik bazadan texnikumlara qəbulda iştirak edə bilirlər. Doqquz illik bazadan texnikumlara qəbulda isə yalnız doqquzuncu sinifi bitirən şəxslər iştirak edə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR