Bank Of Baku

Harvard Universiteti iki yeni magistr proqramı elan edib

Harvard Universiteti iki yeni magistr proqramı elan edib
# 14 noyabr 2008 13:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. ABŞ-ın Harvard Universiteti beynəlxalq inkişaf sahəsində təşkil olunacaq iki yeni magistr proqramını elan edib. Azərbaycan Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, “Master in Public Administration in İnternational development” (MPA/İD) beynəlxalq inkişaf sahəsində yeni nəsil peşəkarların və analitiklərin hazırlanması üçün nəzərdə tutulan iki illik magistr proqramıdır. Proqramda iştirak etmək üçün sənədlər gələn ilin yanvarın 9-dək təqdim edilə bilər.

“Mason Program” isə siyasi, sosial, yaxud iqtisadi dəyişikliklər təşəbbüslərinin həyata keçirilməsi üçün zəruri olan təhlil, idarəetmə və liderlik biliklərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulan bir illik magistr proqramıdır. Proqramda iştirak etmək üçün sənədlər bu ilin dekabrın 5-dək təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR