Bank Of Baku

Naxçıvanda Dövlət Yanğın Təhlükəsizlik İdarəsi və Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin yerləşdiyi binanın açılışı olub

Naxçıvanda Dövlət Yanğın Təhlükəsizlik İdarəsi və Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin yerləşdiyi binanın açılışı olub
# 15 noyabr 2008 07:43 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Təhlükəsizlik İdarəsi (DYTİ) və Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin (DYTŞ) yerləşdiyi inzibati binanın açılışı olub. Naxçıvan MR Ali Məclisinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, açılış mərasimində Ali Məclisin sədri Vasif Talıbov da iştirak edib.

İnzibati bina iki mərtəbə və zirzəmi qatından ibarətdir. İnzibati binada 20-dən artıq iş otağı və rabitə qovşağı yaradılıb. 1250 kvadratmetr sahədə yerləşən texniki park 11 yanğınsöndürmə avtomobili üçün nəzərdə tutulub. Burada ayrı-ayrılıqda yataq, geyim, xidməti otaqlar inşa edilib, avtomobillərin təmiri üçün müasir avadanlıqlar quraşdırılıb. Ərazidə 200 kubmetrlik yeraltı su anbarı da inşa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR