Bank Of Baku

Səhiyyə sistemində SSRİ dövründən qalmış normativlərdən imtina ediləcək

Səhiyyə sistemində SSRİ dövründən qalmış normativlərdən imtina ediləcək
# 15 noyabr 2008 09:27 (UTC +04:00)
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Oqtay Şirəliyev çıxışında səhiyyə sistemində Sovet İttifaqının köhnə normativləri ilə işləməyin məqsədəuyğun olmadığını deyib və Dünya Bankının dəstəyi, xarici ölkə mütəxəssislərinin yardımı ilə yeni sənədlərin hazırlandığını açıqlayıb.

Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Adil Kərimov isə bildirib ki, Azərbaycanda həkimlərin sayı Avropa standartlarına uyğundur və əhalinin sayı ilə nisbətdə xəstəxanaların çarpayılarının sayı normadan iki dəfə çoxdur: “Ən yaxşı halda onların 35-40%-dən istifadə olunur. On illər gedən ekstensiv inkişaf nəticəsində çox böyük xəstəxana şəbəkəsi yaranıb və hazırda bunu saxlamaq iqtisadi cəhətdən əlverişli deyil. Bütün bunlar son nəticədə dövlət vəsaitinin səpələnməsinə səbəb olur, bu da texniki və texnoloji baxımdan təchiz edilmiş müasir stasionar müəssisələrin inkişafını ləngidir”. A. Kərimovun sözlərinə görə, hazırda səhiyyəyə ayrılan ümumi xərclərin təxminən 65%-i stasionar tibbi yardımın payına düşür: ”Avropa ölkələrində isə bu göstərici 30-35%-dir. İlkin tibbi-sanitariya yardımı göstərən həkimlər bütün həkimlərin 20-25%-ni təşkil edir ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə azdır”.

Nazirlik rəsmisi qeyd edib ki, səhiyyə islahatları çərçivəsində çarpayıların ixtisarı ilə bərabər, həkimlərin düzgün yerləşdirilməsi və istifadə edilməsi, ixtisaslarının dəyişdirilməsi və ümumi profilli həkimlərin (ailə həkimlərinin) hazırlanması istiqamətində iş aparılmalıdır. Bununla əlaqədar Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Səhiyyə sektorunda islahatlar layihəsi” ilə birgə beynəlxalq ekspertlərin tövsiyələri əsasında əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanıb. A. Kərimov deyib ki, həkimlərin mövcud sayı ilə nəzərdə tutulan say arasında elə bir fərq yoxdur: ”Orta tibb işçiləri vəzifələrinin isə II səviyyəli tibb müəssisələrində hətta artımı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR