Bank Of Baku

Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 15 noyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət İstiqalal Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi G. Hacıyevanın göstərdiyi qəhrəmanlıqdan danışıb: “Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünən Gültəkin Əsgərova 1992-ci il aprelin 4-də könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada gedən döyüşlərdə iştirak edir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir. Uzun döyüş yolu keçmiş Gültəkin Əsgərova 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur”.

Tədbirdə Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən hazırlanmış və Gültəkin Əsgərovqaya həsr olunmuş ədəbi-bədii kompozisiya da nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR