Bank Of Baku

Ötən il Azərbaycana 1 milyon 100 min turist gəlib

Ötən il Azərbaycana 1 milyon 100 min turist gəlib
# 15 noyabr 2008 10:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda Azərbaycan Otel Kompleksləri Assosiasiyasının (AOKA) təşkilatçılığı ilə “Azərbaycanda turizmin inkişafında mehmanxana komplekslərinin rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə tədbir iştirakçılarına Ümumdünya Turizm Təşkilatının bu günlərdə keçirilən iclası və dünya turizminin maliyyə böhranından çıxış yollarının müzakirəsi barədə məlumat verib. Ə. Qarayev daha sonra bildirib ki, Azərbaycandakı otellər yeni yaradılan assosiasiyaya üzv olmaq istəmirlər. Halbuki bu quruma üzv olmaqla, otellər mütəxəssislərin yetişdirilməsi sahəsində problemlərini həll edə bilərlər. Otelləri aktiv olmamaqda qınayan nazir deyib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialını dünyanın tanınmış telekanallarında reklam etsə də, yerli mehmanxanalar Azərbaycanının daxilində reklamlarını təşkil etməyə maraq göstərmirlər: “Biz otellər üçün beynəlxalq sərgilərdə yer ayırırıq, amma onlar belə tədbirlərdə də iştirak etmirlər. Onlar beynəlxalq sərgilərdə iştirak etməlidirlər ki, xarici turistləri ölkəyə cəlb edə bilsinlər”.

Assosiasiyanın İdarə Heyətinin üzvü, “Delfin”, “Meridian” otellərinin baş direktoru Elçin Zeynalabdin ötən il Azərbaycana 1 milyon 300 min xarici ölkə vətəndaşının gəldiyini açıqlayıb. Onların 1 milyon 100 min nəfəri sırf turist olub. E. Zeynalabdinin sözlərinə görə, Bakıda yerləşən otellər illik yerlərinin 72-44%-ni doldura bilirlər. Bunu yüksək göstərici saymayan AOKA üzvü təklif edib ki, otellər 2-3 ildən sonra deyil, elə indidən ATİ-nin keçirdiyi sessiya imtahanlarında iştirak etsinlər və bununla da gələcək mütəxəssislərinin bilik səviyyəsini öyrənsinlər. E. Zeynalabdin otellərdə işləyən xarici menecerlərin yerli kadrlarla münasibətindən razı qalmadığını da söyləyib: “Xaricdən dəvət edilən menecerlərin bizim uşaqlara münasibəti məni çox narahat edir. Kiminsə səhvi ola bilər, amma bunu başqa cür həll etmək lazımdır. Otellərdə yerli kadrlara olan münasibət dəyişməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR