Bank Of Baku

BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 60 illiyi ilə bağlı dəyirmi masa keçirilib

BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 60 illiyi ilə bağlı dəyirmi masa keçirilib
# 10 dekabr 2008 14:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi və Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 60 illiyi ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bəyannamə haqda danışıb. E. Orucova Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı törətdiyi qeyri-insani hərəkətlərə də diqqəti yönəldib: “Bu təcavüz təkcə torpaqların işğalına deyil, həmçinin 1 milyondan artıq qaçqın və məcburi köçkünün, eləcə də müharibə zamanı əsir və girov götürülmüş insanların həyatına yönəlib. Amma heç bir dövlət açıq şəkildə Ermənistandan insan hüquqlarını pozmamasını tələb etmir”. E. Orucova deyib ki, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi zamanı 4264 nəfər Azərbaycan vətəndaşı itkin düşüb: “Şahid ifadələrinə əsasən 800 nəfərə yaxın şəxs əsir və girov götürülərək ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb. Sonradan əsirlikdən azad edilən 1400 nəfər isə bu gün də mənəvi-psixoloji gərginlik şəraitində yaşayır. Erməni əsirliyində olan azərbaycanlıların bir çoxu məruz qaldıqları işgəncələr nəticəsində ruhi xəstə vəziyyətinə düşüblər. 150 nəfər əsirlikdən və girovluqdan qayıtdıqdan sonra dünyasını dəyişib, 550 nəfər isə əsir və girovluqda ermənilər tərəfindən qəddarcasına qətlə yetirilib. Bunların 104 nəfəri qadındır”. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədr müavini Zahid Əkbərov, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rzazadə, əsirlikdən qayıdan Pənah İsgəndərov və İlqar Hüseynov ermənilərin insan hüquqlarını pozduqları haqda danışıblar. Sonda isə tədbir iştirakçıları adından BMT-yə, ATƏT-ə, AŞ PA-ya, Beynəlxalq Qızıl Xaç Komitəsinə və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə müraciət ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR