Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb
# 11 dekabr 2008 07:30 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb. APA-nın yerli bürosunun məlumatına görə, bölgədə ötən axşam saatlarından başlayaraq yağan yağış gecə saatlarında qara çevrilib. Temperatur 0 dərəcə selsiyə düşüb. Qarın intensiv yağması Qax rayonunda daha çox müşahidə olunur. Rayonun dağətəyi kəndlərində qarın qalınlığı 20 santimetrə çatıb. Rayon mərkəzində isə qarın qalınlığı 15 santimetrdir.
Şəki və Zaqatala rayonlarının dağətəyi kəndlərində isə qarın qalınlığı 15 santimetr təşkil edir. Rayonların icra strukturlarından APA-nın yerli bürosuna bildirilib ki, qarın yağması ilə nəqliyyatın hərəkətində, elektrik enerjisinin və qazın verilməsində heç bir problem yaranmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR