Bank Of Baku

“Cənubi Qafqazda strateji qanunvericilik” proqramı çərçivəsində Azərbaycana 8 məhkəmə işinin aparılmasında yardım göstərilib

“Cənubi Qafqazda strateji qanunvericilik” proqramı çərçivəsində Azərbaycana 8 məhkəmə işinin aparılmasında yardım göstərilib
# 11 dekabr 2008 11:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Cənubi Qafqazda strateji qanunvericilik” proqramı çərçivəsində 2006-cı ildən etibarən Azərbaycana 8 məhkəmə işinin aparılmasında yardım göstərilib. Bu barədə APA-ya “Netherlands Helsinki Committee” təşkilatının meneceri Kamala Laqate məlumat verib. Onun sözlərinə görə, “Cənubi Qafqazda strateji qanunvericilik” proqramı “Netherlands Helsinki Committee” və INTERIGHTS (Böyük Britaniya) qeyri-hökumət təşkilatlarının birgə layihəsidir. Cənubi Qafqaz ölkələrində bu proqramın icrasına 2006-cı ilin yanvar ayından start verilib. Adı çəkilən QHT-lər bu layihə çərçivəsində müxtəlif konfranslar və hüquqşünasların toplantısını keçirir, vəkillərə məhkəmə işinin aparılmasında yardım göstərir: “Vəkillər bununla bağlı təşkilata müraciət edərsə, onlara məhkəmə işinin aparılmasında yardım göstərilir. Biz məhkəmə işinin hansı mərhələdə olduğunu izləyirik. Məhkəmə prosesləri bir neçə il davam edə bilər, bu səbəbdən bizim proqram 5 ili əhatə edir. Bizim qəbul etdiyimiz məhkəmə işlərinin bir qismi yerli məhkəmələrin icraatındadır, bir qismi isə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Proqram çərçivəsində hər ölkədən 11 məhkəmə işi tərəfimizdən idarə olunur. Hazırda bizdə 8 məhkəmə işi var, gələn il Azərbaycandan daha 3 məhkəmə işini qəbul etməyi planlaşdırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR