Bank Of Baku

Ali məktəblərin reytinq cədvəlinə Dövlət İdarəçilik Akademiyası başçılıq edir

Ali məktəblərin reytinq cədvəlinə Dövlət İdarəçilik Akademiyası başçılıq edir
# 11 dekabr 2008 11:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini başa çatdıraraq “Abituriyent” jurnalının 11 və 12-ci sayında dərc edib. APA-nın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, jurnalda təqdim edilən materiallarda 2008-2009-cu tədris ili üçün tələbə qəbulunun ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, abituriyentlərin müxtəlif ixtisas qruplarına maraqları və s. təhlil edilib. Komissiya sədri abituriyentlərin ixtisas seçimi əsasında ali məktəblərin reytinq cədvəlinin hazırlandığını da açıqlayıb. Bu il ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası başçılıq edir. Siyahıda II yeri Azərbaycan Dövlət Tibb Universiteti, III yeri Azərbaycan Dillər Universiteti, IV yeri Bakı Dövlət Universiteti tutur. Özəl ali məktəblər arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan bölməsinin I qrup üzrə abituriyentləri ərizələrində birinci yerdə daha çox “Riyaziyyat” (BDU), II qrup abituriyentləri “Beynəlxalq ticarət” (Dövlət İqtisad Universiteti), III qrup abituriyentləri “Xarici dil” (ingilis dili - ADU), IV qrup abituriyentləri “Müalicə işi” (Azərbaycan Tibb Universiteti) ixtisaslarını qeyd ediblər. Rus bölməsi üzrə vəziyyət də demək olar ki, Azərbaycan bölməsindəki kimidir.

M. Abbaszadənin sözlərinə görə, ölkə üzrə aşağı nəticələrin faizinin azalmasına baxmayaraq, bu il də İmişli, Tərtər, Zərdab, Xaçmaz, Yardımlı, Saatlı, Daşkəsən, Ağcabədi, Gədəbəy və Ağsu rayonlarının abituriyentlərinin 40%-dən çoxunun qəbul imtahanlarında topladıqları bal 100-dən aşağı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR