Bank Of Baku

Gələn il qəbul imtahanları əvvəlki model əsasında keçiriləcək

Gələn il qəbul imtahanları əvvəlki model əsasında keçiriləcək
# 11 dekabr 2008 11:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanları ötənilki model əsasında keçiriləcək. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri növbəti qəbul imtahanları üçün proqramların gələn ilin yanvarında çap ediləcəyini bildirib: “Proqramda böyük dəyişiklik yoxdur, amma olacaq dəyişikliklər də zamanın tələbidir”. İmtahana hazırlaşan abituriyentlərin narahatlığına əsas görməyən M. Abbaszadə qeyd edib ki, adətən məzunların imtahana hazırlığına təsir göstərən yeniliklər tədris ilinin əvvəlində - sentyabr-oktyabr aylarında açıqlanır. TQDK sədri onu da əlavə edib ki, ötən il qəbul imtahanlarında baş verən yeniliklər sənəd verən abituriyentlərin sayının artmasına təsir göstərib: “Ötən il sənədlərin İnternetlə qəbulu abituriyentlərin bilik səviyyəsinə təsir göstərmədi, amma sənəd verənlərin sayı 20 min nəfər artdı. Bundan əlavə, ixtisas seçimi də imtahan balı açıqlandıqdan sonra aparıldı. Bu, ona gətirib çıxardı ki, bütün ali məktəblərin plan yerləri çox yüksək faizlə, orta ixtisas məktəblərinin də plan yerləri çox yüksək müsabiqə vəziyyətində doldu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR