Bank Of Baku

Məleykə Abbaszadə Azərbaycanda qanunsuz diplom verən ali məktəblərin adlarını açıqlayıb

Məleykə Abbaszadə Azərbaycanda qanunsuz diplom verən ali məktəblərin adlarını açıqlayıb
# 11 dekabr 2008 12:07 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, dövlət orqanları bu müraciətlər əsasında namizədin qanuni yolla diplom alıb-almadığını dəqiqləşdirmək istəyir. O, belə müraciətlərin daha çox Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı olduğunu deyib: “Bu universitet barədə TQDK-ya 118 sorğu təqdim edilib. Amma biz cavab vermişik ki, Beynəlxalq Universitetə qəbul TQDK xətti ilə aparılmayıb. Təbii ki, bu məlumatlar bizim bazada saxlanılır və “qara baza” adlanır”.

M. Abbaszadə Bədən Tərbiyəsi və İdman Akademiyasında 21, Kooperasiya İnstitutunda 19, İqtisad Universitetində 6, Texniki Universitetdə 2, Bakı Dövlət Universitetində isə 1 nəfərin qanunsuz yolla diplom aldığının aşkarlandığını açıqlayıb: “Amma bu rəqəmlər mütləq rəqəmlər deyil. Biz bu haqda məlumatları toplayaraq müvafiq orqanlara, ali məktəblərə, Təhsil Nazirliyinə təqdim edirik”.

M. Abbaszadənin sözlərinə görə, ali məktəblərin magistratura pilləsinə qəbul zamanı bakalavrın adının TQDK-nın məlumat bazasında olmadığı və bu qurumun xətti ilə ali məktəbə qəbul olmadığı aşkarlandıqda onlara diplomun necə verildiyini aydınlaşdırmaq məqsədilə müvafiq ali məktəblərə sorğular göndərilir. Bu barədə ölkə rəhbərliyinə də məlumat verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR