Bank Of Baku

Siyavuş Novruzov: “Təhsil qanunu müstəqil mütəxəssislər tərəfindən hazırlanmalıdır”

Siyavuş Novruzov: “Təhsil qanunu müstəqil mütəxəssislər tərəfindən hazırlanmalıdır”
# 11 dekabr 2008 13:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ““Təhsil haqqında” qanun ya müstəqil mütəxəssislər tərəfindən hazırlanmalı, ya da Milli Məclisin Təhsil komissiyası tərəfindən deyil, prezident tərəfindən parlamentə təqdim olunmalıdır”. APA-nın məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, təhsil qanunundakı müddəalar ayrı-ayrı strukturlarla bağlıdır və hər insan öz düşüncəsinin sənəddə əksini tapmasına çalışır: “Qanuna bütün fikirləri daxil etmək mümkün deyil. Qanun komissiya tərəfindən təqdim ediləndə hər kəs fikirləşir ki, onun düşündüyü orada olmalıdır. Hər rektor istəyir ki, qanunda öz maraqları qorunsun. Nazirliyin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının da burada öz maraqları var. Amma bu qanun cəmiyyət üçün qəbul edilir, on illərlə, yüz illərlə gedəcək. Ona görə də sənədi müstəqil mütəxəssislər hazırlamalıdır”. S. Novruzovun sözlərinə görə, qanunda yalnız bir təhsil sistemi əsas götürülməlidir: “Ya köhnə sistemdə qalmalıyıq, ya da yenisinə keçməliyik. Yarı ondan, yarı bundan mümkün deyil”. Deputat hazırda Azərbaycanda bakalavr və magistr, aspirantura və doktoranturanın mövcud olduğunu xatırladıb: “Bu, düzgün deyil, dünyanın heç yerində belə bir şey yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR