Bank Of Baku

Gələn il bütün orta məktəb məzunları yeni qiymətləndirmə sistemi ilə imtahan verəcək

Gələn il bütün orta məktəb məzunları yeni qiymətləndirmə sistemi ilə imtahan verəcək
# 11 dekabr 2008 13:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bu təhsil ilində ölkədə bütün orta məktəb məzunları yeni qiymətləndirmə sistemi ilə imtahan verəcək”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, uzun müddətdir yeni qiymətləndirmə sisteminə keçid başlayıb və buraxılış imtahanları bu il tam olaraq yeni sistemlə aparılacaq: “Bir il müddətində bütünlüklə yeni sistemə keçmək mümkün deyildi. Təhsildə inqilabi yolla getmək olmaz, təkamül yolu ilə getmək lazımdır. Ötən il 50 minə yaxın buraxılış sinif şagirdi bu yolla qiymətləndirilib, bu il isə hamısı bu yolla qiymətləndiriləcək. Amma bu, o demək deyil ki, qiymətləndirmə sisteminə tam keçmişik. Daxili qiymətləndirmə, digər qiymətləndirmələr var. Bunların hamısına keçid uzun müddət tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR