Bank Of Baku

Yeni İldə Şaxta Baba olmaq istəyənlərə icazə gələn həftədən veriləcək

Yeni İldə Şaxta Baba olmaq istəyənlərə icazə gələn həftədən veriləcək
# 11 dekabr 2008 14:31 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.
Ə.Bağırovun sözlərinə görə, artıq bu günədək ictimai yerlərdə Şaxta Baba olmaq üçün Departamentə 10 fiziki şəxs müraciət edib: «Ərizələr var. Müraciət edənlərin sayının artacağı gözlənilir».
Ə.Bağırov Ticarət və Xidmət Departamentinin Milli Park istisna olunmaqla, paytaxtın digər ərazilərində Şaxta Baba fəaliyyəti göstərmək üçün lisenziya verdiyini bildirib. Milli Parkda Şaxta Baba olmaq istəyənlər isə icazəni Dənizkənarı Bulvar İdarəsindən almalıdır.
Bakının mərkəzi ərazilərində, xüsusilə Səbail rayonunda dekabrın 15-dən növbəti ilin yanvar ayının birinci həftəsinin sonunadək Şaxta Baba fəaliyyəti göstərmək üçün lisenziyanın qiyməti 72 manat, paytaxtın kənar əraziləri üçün isə 50 manatdır.
Ə.Bağırov əlavə edib ki, Yeni İl bayramı ilə əlaqədar artıq paytaxtın müxtəlif ərazilərində yolkaların qurulmasına başlanılıb. İlk böyük yolka Akademiya Bağında qurulub. Ümumilikdə, paytaxtda 25-dək yolkanın qurulması planlaşdırılır. Bakının əsas və ən böyük yolkası Hökumət Evi qarşısında – Azadlıq meydanında qurulacaq. Bu yolkanın hündürlüyü 30 metrə yaxın olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR