Bank Of Baku

AMEA Azərbaycan elminin inkişaf strategiyasını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib

AMEA Azərbaycan elminin inkişaf strategiyasını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib
# 11 dekabr 2008 14:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycan elminin inkişaf strategiyası Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq komissiyası tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Çox güman ki, yaxınlarda bu sənəd təsdiq olunacaq”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. M. Kərimov elmin inkişaf strategiyasının icra mexanizmi kimi proqramının da hazırlandığını qeyd edib: “Proqramda illər üzrə hansı işlərin görülməsi, kadrların hazırlanması, beynəlxalq əlaqələr, maliyyələşmə, idarə olunma və digər məsələlər əksini tapıb”. M. Kərimov proqramın 2015-ci ilə qədər nəzərdə tutulduğunu qeyd edib.

AMEA prezidenti Azərbaycanda akademiya sisteminin ləğv olunması, akademiyanın institutlarının digər ali məktəblərə verilməsi ilə bağlı təkliflərlə razılaşmadığını da bildirib: “Biz bundan nə qazanacağıq? Mən razı deyiləm. Onda elm tamamilə batacaq, itəcək. Ümumilikdə elm bundan heç nə qazanmayacaq. Akademiyanın öz ənənələri var. Elmdə və dildə islahat olmamalıdır. Bu vaxta qədər akademiyada olan və özünü təsdiq edən ənənələr qalmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR