Bank Of Baku

Ağdaşda əkin sahələri sürətlə məhv olur

Ağdaşda əkin sahələri sürətlə məhv olur
# 11 dekabr 2008 22:55 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Ağdaşda əkinə yararlı torpaq sahələri şoranlaşır. Meliorasiya işlərinin lazımı səviyyədə aparılmaması torpaqların məhv olmasına səbəb olur. Rayon İcra Hakimiyyətindən APA-nın yerli müxbirinə verilən məlumata görə, Ağdaşda mövcud olan 102,3 min hektar torpaq sahəsinin 58 min hektarı kənd təsərrüfatına yararlıdır ki, onun da 35 min hektarı suvarılan torpaqlardır. Hazırda rayonda torpaqların 13,5 min hektarı şoranlaşıb, 11 min hektarı zəif, 8,1 min hektarı orta və 2,4 min hektarı isə şiddətli və çox şiddətli şoranlaşıb. Son illər daxili suvarma kanallarına, sel suları axıdan arxlara, drenaj şəbəkələrinə və Yuxarı Şirvan kollektoruna və onun qollarına lazımı səviyyədə texniki xidmət göstərilmədiyinə görə, yeraltı qrunt suları tədricən torpaq səthinə daha da yaxınlaşaraq şoranlaşmanı sürətləndirib.
İcra hakimiyyətindən onu da bildirdilər ki, şoranlaşmaya məruz qalan ərazilərdə meliorasiya işlərinin aparılmasına, şor suları axıdılan kanalların, açıq və qapalı drenaj şəbəkələrinin əsaslı təmir və bərpasına ciddi ehtiyac var. Hazırda rayonun Aşağı Nemətabad, Mürsəl, Orta Ləki, Şıxlı, Qarasu Qumlaq, Aşağı Ləki, Əmirarx, Güvəkənd və Qəribli kəndlərində torpaqların 60-70 faizi şoranlaşıb. Vaxtilə əkinə yararlı olan və bol məhsul verən bu torpaqlar hazırda sürətlə şoranlaşaraq məhv olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR