Bank Of Baku

Hərbi dərsliklər mövzusuna həsr olunmuş mətbuat konfransı keçirilib

Hərbi dərsliklər mövzusuna həsr olunmuş mətbuat konfransı keçirilib
# 11 dekabr 2008 15:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün 270 saylı məktəbin hərbi müəllimi Rasim Baxışov orta məktəblərdə tədris olunan hərbi dərsliklərlə bağlı Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədovla birgə mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Məmmədov problemin aktuallığını diqqətə çatdırıb: “Müharibə vəziyyətində olan dövlət gənclərinə “Gənclərin çağırışa hazırlığı” adlı bədii kitab təklif etməz”. Onun sözlərinə görə, Həbib Ocaqovun müəllifi olduğu kitabda hərb elminin heç bir elementar məqamlarına yer ayrılmayıb. O, Təhsil Nazirliyini bu məsələlərə göz yummaqda günahlandırıb. Rasim Baxışov isə deyib ki, problemlə bağlı sonuncu mətbuat konfransından sonra Təhsil Nazirliyi tərəfindən ona qarşı təzyiqlər başlayıb: “Süni şəkildə dərsimdə yoxlamalar təşkil olunur və məni təxribata çəkmək istəyirlər”. R. Baxışov bildirib ki, hərbi dərslik tez bir zamanda yenilənməlidir: “Adıçəkilən dərslik hərb elmindən xəbəri olmayan şəxs tərəfindən hazırlanıb və daha çox tarix kitabını xatırladır”. O, yeni dərsliyin hazırlanması üçün materiallar topladığını da deyib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə bildirib ki, peşəkar hərbçi olmaq hələ bu sahədə dərslik yazmaq qabiliyyətinin olması demək deyil: “Orta məktəbdə çağırışa hazırlıq dərsi peşəkar hərbiçilər üçün nəzərdə tutulmayıb. Bu səbəbdən də burada texnikanın dərindən öyrənilməsinə ehtiyac yoxdur. Məktəbdə şagirdlərə sadəcə hərbi xidmətin ilkin elementləri tədris olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR