Bank Of Baku

Gələn il Moskvada əmək miqrantları üçün müəyyən olunmuş kvota 190 min nəfər azaldılacaq

Gələn il Moskvada əmək miqrantları üçün müəyyən olunmuş kvota 190 min nəfər azaldılacaq
# 11 dekabr 2008 15:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Gələn il Moskvada əmək miqrantları üçün müəyyən olunmuş kvota 2008-ci ilə nisbətən 190 min nəfər azaldılacaq. APA-nın məlumatına görə, bu barədə Moskvanın miqrasiya siyasəti üzrə qərargahın iclasında məlumat verilib. 2008-ci ildə Moskvada əmək miqrantları üçün ümumi kvota 380 min nəfər olaraq müəyyənləşib. Rusiya paytaxtında daha çox əmək miqrantları Ukrayna, Tacikistan, Özbəkistan, Moldova və Azərbaycandan gəlib.
Rusiya Federal Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, 2008-ci ilin 10 ayı ərzində Moskvada 110,004 Azərbaycan vətəndaşı miqrasiya qeydiyyatına durub, onlardan 5,574 nəfərə işləmək üçün icazə verilib. Bu, 2008-ci ilin 10 ayı ərzində paytaxtda işləmək hüququ verilən əmək miqrantlarının (461,565 nəfər) 1,2 faizini təşkil edir. Məlumatda qeyd olunur ki, 2007-ci illə müqayisədə Moskvada işləmək hüququ verilən Azərbaycan vətəndaşlarının sayı iki dəfə azalıb. Ötən il 10,949 azərbaycanlı əmək miqrantı statusunda işləmək hüququ qazandığı halda, bu il bu rəqəm 5,574 təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR