Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunacaq

Yaxın günlərdə Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunacaq
# 12 dekabr 2008 09:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yaxın üç gün ərzində Azərbaycan ərazisində yağıntılı hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, üç gün ərzində Bakı və Abşeron yarımadasında hava buludlu olacaq, arabir açılacaq, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacaq. Dekabrın 13-də havanın temperaturu gecə müsbət 2-4, gündüz 6-8, dekabrın 14-də gecə müsbət 2-4, gündüz isə 5-8 dərəcə olacaq. Yaxın günlərdə rayonlarda hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. A. Verdiyev bildirib ki, dekabrın ayrı-ayrı günlərində havanın mülayim olacağı proqnozlaşdırılır. Hazırda müşahidə olunan hava şəraiti isə dekabr ayına xasdır.

Qeyd edək ki, ötən gün Quba, Altıağac, Daşkəsən, Lerik, Şəki və Gədəbəydə 5-10 sm hündürlüyündə qar yağıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR