Bank Of Baku

Kəmaləddin Heydərov: “Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gələn il daha da möhkəmləndirilməsi ilə bağlı planlarımız var”

Kəmaləddin Heydərov: “Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gələn il daha da möhkəmləndirilməsi ilə bağlı planlarımız var”
# 12 dekabr 2008 09:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Fövqəladə Hallar Nazirliyi 3 ilə yaxındır fəaliyyət göstərir. Bu müddət ərzində nazirliyin həm hüquqi, həm də maddi-texniki bazası möhkəmləndirilib”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov verib. O, ötən müddət ərzində nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir çox işlər görüldüyünü vurğulayıb: “Artıq Fövqəladə Hallar Nazirliyinin 8 regional mərkəzindən 5-i istifadəyə hazırdır. Naxçıvanda olan qurumumuz da bütün zəruri maddi-texniki baza ilə təmin olunub. Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər davam edir, mütəxəssislərimiz təcrübə əldə etmək məqsədilə xarici ölkələrdə keçirilən təlimlərdə iştirak edirlər. Ölkə daxilində də müxtəlif təlimlər keçiririk. Artıq Sumqayıtda və Bakı Metropolitenində böyük miqyaslı təlimlərimiz olub. Nazirliyinin maddi-texniki bazasının 2009-cu ildə də möhkəmləndirilməsi ilə bağlı planlarımız var”.

Kəmaləddin Heydərov Böhran Hallarında İdarəetmə Mərkəzi üçün yeni binanın inşasının nəzərdə tutulduğunu deyib: “Bu binanın tikintisini 2010-cu ilin ortalarında yekunlaşdırmağı nəzərdə tuturuq. Böhran Hallarında İdarəetmə Mərkəzinin funksiyası baş verən fövqəladə halların idarə olunması və digər strukturlara yardım göstərməkdən ibarətdir”. Nazir Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Aparatının formalaşdırılması prosesinin tam başa çatdığını, nazirliyin nəzdində olan digər qurumların formalaşdırılması prosesinin isə davam etdiyini bildirib.

Nazirliyə lazım olan texniki avadanlıqların Azərbaycanda istehsalı məsələsinə toxunan Kəmaləddin Heydərov artıq bu avadanlıqlar üçün ehtiyat hissələrinin yerli müəssisələrdə istehsalına başlandığını bildirib: “Texniki avadanlıqlar deyil, onların ehtiyat hissələrinin yerli müəssisələr tərəfindən istehsalına başlanılıb. Dövlət başçısının tapşırığına əsasən, Azərbaycana yalnız ən müasir texniki avadanlıq gətirilir. Bu cür yüksək tələbələrə cavab verən avadanlığın Azərbaycanda istehsalı mümkün deyil. Lakin həmin avadanlıqların bəzilərinin ehtiyat hissələrinin Azərbaycanın maşınqayırma müəssisələrində istehsalı mümkündür və bu istiqamətdə iş aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR