Bank Of Baku

“Azadlığın və sülhün müdafiəsi” beynəlxalq təşkilatının təqdimat mərasimi keçirilib

“Azadlığın və sülhün müdafiəsi” beynəlxalq təşkilatının təqdimat mərasimi keçirilib
# 12 dekabr 2008 10:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda “Azadlığın və sülhün müdafiəsi” (ASM) beynəlxalq təşkilatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ASM sədri Mətləb Mütəllimli bildirib ki, təşkilat İsveç Krallığında təsis olunub və qeydiyyata alınıb. Təsis konfransından sonra keçirilən İdarə Heyətinin yığıncağında isə təşkilatın Azərbaycan, İsveç Krallığı, Türkiyə və Gürcüstanda nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edilib. M. Mütəllimlinin sözlərinə görə, qurum dünyada sülhün, azadlığın müdafiəsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, sülh və insan haqları sahəsində beynəlxalq öhdəliklərə zidd məlumatları toplayaraq təhlilini aparacaq, əldə edilmiş nəticələri hökumət rəhbərlərinə, beynəlxalq təşkilatlara çatdıracaq. Təşkilatın Azərbaycan nümayəndəliyi isə daha çox vətəndaşların hüquqi biliklərinin artırılması və Qarabağ probleminin dünya ölkələrinə çatdırılması istiqamətində fəaliyyət göstərəcək. Rəhbərlik etdiyi Sosial Ədalət Partiyasının taleyinə gəlincə, M. Mütəllimli partiya sədrliyindən istefa verəcəyini, yeni sədrin qurultayda seçiləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR