Bank Of Baku

Azərbaycanda şagirdlər üçün veb-dərsliklər hazırlanır

Azərbaycanda şagirdlər üçün veb-dərsliklər hazırlanır
# 12 dekabr 2008 10:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Təhsil Nazirliyi (TN) ölkədə ilk dəfə olaraq, orta məktəb şagirdləri üçün veb-dərsliklər hazırlayır. Nazirliyin təhsilinin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov APA-ya bildirib ki, artıq “Riyaziyyat”, “Biologiya”, “Fizika” dərsliklərinin veb versiyasının hazırlanmasına başlanılıb. Həmin dərsliklər nazirliyin yaradacağı yeni portalda yerləşdiriləcək. Portalın gələn ilin aprelində tam istifadəyə verilməsi nəzərdə tutulur. Portal hazır olduqdan sonra şagirdlər veb-dərsliklərdən istifadə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR