Bank Of Baku

Şəkidə oftalmoloqların zona müşavirəsi keçiriləcək

Şəkidə oftalmoloqların zona müşavirəsi keçiriləcək
# 12 dekabr 2008 23:21 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Zərifə Əliyeva adına Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun rəhbəri Elmar Qasımov başda olmaqla bir qrup həkim bu gün və sabah Şəkidə göz xəstəliklərindən əziyyət çəkən xəstələri müayinə edəcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Səki Regional Göz Xəstəlikləri Xəstəxanasının baş həkimi Gülnarə Məmmədova məlumat verib. O, həkimlərin 100-ə yaxın xəstəni müayinə edəcəyini və bu xəstələrdən 20 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparacağını vurğulayıb. G. Məmmədovanın APA-ya verdiyi digər məlumata görə, sabah Şəkidə oftalmoloqların zona müşavirəsi də keçiriləcək. Bölgənin 7 rayonunun göz həkimlərinin iştirak edəcəyi müşavirədə göz xəstəliklərinin yeni metodları barədə iştirakçılara məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR