Bank Of Baku

Azərbaycanda əhaliyə xüsusi sosial kartlar veriləcək

Azərbaycanda əhaliyə xüsusi sosial kartlar veriləcək
# 12 dekabr 2008 10:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədə elektron əsaslı müraciət mexanizmi yaradacaq. Nazirliyin şöbə müdiri Natiq Qasımov APA-ya bildirib ki, bu məqsədlə vətəndaşlara xüsusi sosial yönümlü kartlar veriləcək. Həmin kartda ailənin gəliri, əmlakı, ailə üzvlərinin sayı, onlardan neçəsinin əmək fəaliyyəti ilə məşğul olması, neçəsinin işsiz olması kimi məlumatlar yerləşdiriləcək. Vətəndaşlar həmin kartları nazirlik tərəfindən quraşdırılacaq xüsusi sosial bankomatlara daxil edəcək. Bununla da həmin məlumatlar avtomatik olaraq, nazirliyinin korporativ şəbəkəsinə salınacaq. Bu isə öz növbəsində əhalinin artıq nazirliyə kağız sənəd təqdim etmək zəruriliyini aradan qaldıracaq.
N.Qasımov bildirib ki, kartların ilkin mərhələdə aztəminatlı ailələrə verilməsi planlaşdırılsa da, onların konkret olaraq, hansı təbəqənin nümayəndələrinə təqdim ediləcəyi hələ müəyyənləşdirilməyib. Nazirlik bunun mexanizmini Dünya Bankı ilə birgə hazırlayacaq və artıq gələn ildən layihənin reallaşması üçün hazırlıq işlərinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR