Bank Of Baku

Gələn həftə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan vətəndaşlarının şikayətləri üzrə qərarlar qəbul olunacaq

Gələn həftə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan vətəndaşlarının şikayətləri üzrə qərarlar qəbul olunacaq
# 13 dekabr 2008 09:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Gələn həftə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan vətəndaşlarının şikayətləri üzrə qərarlar qəbul olunacaq. APA-nın məlumatına görə, dekabrın 16-da İbrahim Quliyevin Litvaya qarşı iddiası üzrə qərar çıxarılacaq. 1971-ci ildə Azərbaycanda doğulan iddiaçı Avstriyada, həyat yoldaşı ilə 2 övladı isə Litvada yaşayırlar və bu ölkə vətəndaşıdırlar. Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi əsasında iddia qaldıran İ. Quliyev Litvadan qeyri-qanuni olaraq deportasiya olunduğunu bildirib.

Dekabrın 18-də isə iki iş üzrə qərar qəbul olunacaq. “Əliyev və başqaları Azərbaycana qarşı” adlanan iş üzrə 10 Azərbaycan vətəndaşı konvensiyanın 11-ci maddəsi əsasında iddia qaldırıb. Onlar 2003-cü ildə təsis etdikləri Azərbaycan Hüquqşünaslar Forumu adlı qeyri-kommersiya təşkilatının qeydə alınmamasından şikayətçidir.

“Mahmudov və Ağazadə Azərbaycana qarşı” adlı iş üzrə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Mahmudov və qəzetin əməkdaşı Yaşar Ağazadə konvensiyanın 10-cu maddəsi (fikir azadlığı) əsasında iddia qaldırıblar. Onlar şikayətlərində Azərbaycanın aqrar sektorundakı problemlərə dair qəzetdə dərc olunan məqalə ilə bağlı qanunsuz olaraq həbs edildiklərini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR