Bank Of Baku

Bakıda “Qadın və kişi sonsuzluğunun diaqnostikası və müalicəsinin müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakıda  “Qadın və kişi sonsuzluğunun  diaqnostikası və müalicəsinin müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib
# 15 dekabr 2008 11:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda “Azərbaycan genefondunun keşiyində” şüarı altında “Qadın və kişi sonsuzluğunun diaqnostikası və müalicəsinin müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, Səhiyyə Nazirliyi, Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutu, Respublika Dəri-zöhrəvi dispanseri və “Sağlam ailə” özəl tibb mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan seminarın keçirilməsində məqsəd son illər ölkədə geniş yayılan problemlə məşğul olan həkimləri bir araya gətirmək və gəncləri nikahdan qabaq tibbi müayinədən keçməyə dəvət etməkdir. Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Faizə Əliyeva bildirib ki, Azərbaycanda kişi və qadınlar arasında sonsuzluq 13-14 faiz yayılıb. 2008-ci ildə isə kişilər arasında sonsuzluq daha çox müşahidə edilib: “Problem bundadır ki, Azərbaycanda sonsuzluğun diaqnostikasında və müalicəsində müəyyən səhvlərə yol verilir. Bu konfrans bizə standartlara uyğun olaraq müayinə və müalicə aparmağa kömək edəcək”.
“Sağlam ailə” özəl tibb mərkəzinin direktoru Vüqar Eyvazov isə deyib ki, Azərbaycanda sonsuzluq problemi ilə yanaşı, müxtəlif virus xəstəlikləri də geniş yayılıb: “Azərbaycanda hər 10-11 nəfərdən birində hepatit B və hepatit C virusları meydana çıxır. Ona görə də biz gəncləri kütləvi olaraq profilaktik müayinələrdən keçməyə dəvət edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR