Bank Of Baku

Azərbaycan FHN-in yeni regional mərkəzlərinin və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin yeni binasının açılışı olub - FOTOSESSİYA

Azərbaycan FHN-in yeni regional mərkəzlərinin və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin yeni binasının açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 15 dekabr 2008 11:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə regional şöbəsinin inzibati binalarının açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəranda FHN-in Cənub Regional Mərkəzi üçün tikilmiş yeni inzibati binanın açılışında iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəmzi qırmızı lenti kəsdikdən sonra inzibati bina ilə tanış olub.

Nazir Lənkəranda fəaliyyətə başlayan Mərkəzin bölgənin 7 rayonuna xidmət göstərəcəyini bildirib: “Regionda hər hansı fövqəladə hadisə baş verəcəyi təqdirdə, daha Bakıdan əlavə qüvvələr cəlb edilməsinə ehtiyac qalmayacaq. Regional şöbə hər cür müasir avadanlıqlarla və yüksək fiziki hazırlığa məxsus şəxsi heyətlə formalaşdırılıb”.

Hazırda Lənkəranda FHN-in Mülkü Müdafiə Alayı üçün yeni binanın tikildiyini qeyd edən nazir bu obyektin də tezliklə istifadəyə veriləcəyini bildirib: “Fövqəladə Hallar Nazirliyi çoxfunksiyalı qurumdur. Əvvəlki dövrlərdən fərqli olaraq, indi hər hansı obyektin tikintisi, lisenziya alınması, layihə-smeta sənədlərinin təsdiqi və ekspertizadan keçməsi üçün regiondakı iş adamlarının artıq Bakıya getməsinə ehtiyac qalmayacaq. Bütün bu işlərlə “vahid pəncərə sistemi” ilə bilavasitə regional mərkəz məşğul olacaq”.

FHN-in Sumqayıt Regional Mərkəzinin də inzibati binasının açılışı olub. Fövqəladə hallar naziri K. Heydərov inzibati bina və burada mərkəzin əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olub. Mərkəzin rəisi Rəhim Əliyev bildirib ki, binada FHN-in bütün strukturları yerləşəcək.

Qeyd edək ki, Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhərini, Abşeron və Xızı rayonlarını əhatə edir.

FHN-in daha bir Regional Mərkəzinin inzibatı binası isə Salyan rayonunda fəaliyyət başlayıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Muğan Regional Mərkəzinin açılışında fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev iştirak edib. Yeni mərkəzin fəaliyyəti 8 rayon və şəhərin ərazisini əhatə edir. Mərkəz bu regionda baş verə biləcək hər hansı texnogen qəzaların qarşısının operativ alınması və ekstremal şəraitlərdə çevik fəaliyyət göstərmək məqsədi ilə yaradılıb. Eyni zamanda regional struktur mobil elektrik generatorlar və avadanlıqlarla, xırda tutumlı xilasedici və müasir tələblərə cavab verən yanğınsöndürən avtomobillərlə təchiz olunub. Mərkəz 19 idarə və şöbədən ibarətdir.

FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin yeni binası da istifadəyə verilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov açılışı bildirən lenti kəsdikdən sonra binaya baxış keçirilib. Bildirilib ki, Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin əsas vəzifəsi dənizə dağılan neftin yayılmasının qarşısının alınması və toplanması, qəzaya uğramış gəmilərin xilas olunması, dənizdə xilasetmə tədbirlərinin görülməsidir.

K. Heydərov bu məqsədlə xeyli texnika və gəmi, habelə sualtı işləri həyata keçirmək üçün avadanlıq və cihazların alındığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR