Bank Of Baku

Naxçıvanın yaşayış binalarında fərdi peyk antenaları yığışdırılır

Naxçıvanın yaşayış binalarında fərdi peyk antenaları yığışdırılır
# 15 dekabr 2008 11:58 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının yaşayış binalarından fərdi peyk antenaları yığışdırılır. APA-nın məlumatına görə, artıq ilkin olaraq Naxçıvan şəhərinin əsas prospekt və küçələrində, habelə rayon mərkəzlərində prosesə başlanılıb. Dünyanın bir sıra, Türkiyənin isə əksər televiziya və radio kanallarının izlənməsinə, habelə bəzi yerli kanalların daha keyfiyyətli yayımına imkan verən fərdi peyk antenalarını hər bir binanın üzərində yerli strukturlar tərəfindən quraşdırılan mərkəzləşdirilmiş vahid antena əvəz edəcək.
Qeyd edək ki, fərdi antenaların ləğvi şəhər və rayon mərkəzlərinin ümumi görünüşünə xələl gətirilməsi ilə əlaqələndirilir. Muxtar respublika ərazində indiyədək 20-yə qədər belə mərkəzləşmiş vahid peyk antenası quraşdırılıb. İstifadə üçün vətəndaşlardan hər hansı ödəniş tələb olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR