Bank Of Baku

Azərbaycanda pensiyaların hesablanması zamanı təqaüdçülərə seçim hüququ veriləcək

Azərbaycanda pensiyaların hesablanması zamanı təqaüdçülərə seçim hüququ veriləcək
# 15 dekabr 2008 13:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) «Əmək pensiyası haqqında» qanuna ölkədə pensiyaların iş stajı əsasında hesablanması ilə bağlı deyişikliklərin edilməsi məqsədi ilə Nazirlər Kabinetinə göndərdiyi təkliflərə bir sıra əlavə edəcək.
APA-nın məlumatına görə, təkliflərinin mahiyyətini açıqlayan DSMF sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, əmək fəaliyyəti ilə məşğul olan bütün insanların 2006-cı ilin yanvarın 1-dək olan əmək kitabçaları əsasında əmək pensiyasının müəyyən edilməsi təklif edilir: «Həmin məlumatlar əsasında hər bir şəxsin 2006-cı ilin yanvarın 1-dək 5 ildən artıq stajı varsa, onun artıq minimum əmək pensiyası almaq hüququ var. Minimum pensiya isə həmin vaxt 25 manat olub. Kimin 5 ildən artıq stajı varsa, o staja görə həmin 25 manatın 8%-i qədər hər il üçün sığorta hissəsi veriləcək».
Fond sədri qeyd edib ki, Maliyyə Nazirliyi bu təkliflərə bir sıra düzəlişin edilməsini məqsədəuyğun sayır. Nazirlik fonda təklif edib ki, bütün şəxslər pensiyanı təklif edilən yeni formada, yəni staj əsasında hesablanması ilə razılaşmayacaq. Buna görə də vətəndaşlara pensiya təyinatı zamanı seçim hüququ verilməlidir: «Kim keçmiş dövr üçün pensiyasının staj əsasında deyil, əmək haqqı əsasında hesablanmasını istəyirsə, onda fonda ərizə ilə müraciət edir və son iki ilin deyil, bütün əmək fəaliyyəti dövrünün əmək haqları barədə arayış təqdim edir. Biz həmin əmək haqlarının hamısını toplayaraq onu əmək stajının sayına bölürük. Bunun əsasında da 25 ilə görə əmək haqqının 60%-i, 25 ildən yuxarı hər il üçün isə əlavə olaraq, 2%-i hesablanacaq».
S.Müslümov fikrincə, yeni təkliflər hesabına əmək stajı çox olan şəxslərin pensiyasının artacağı gözlənilir. Təkliflərin reallaşdırılacağı vaxt isə hələ bilinmir.
S.Müslümovun sözlərinə görə, yeni sistemlə həmçinin pensiya sisteminin avtomatlaşdırılması təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR