Bank Of Baku

Naxçıvanda “İnformasiya-kommunikasiya texnologiyaları və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxçıvanda “İnformasiya-kommunikasiya texnologiyaları və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib
# 16 dekabr 2008 00:55 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə “İnformasiya-kommunikasiya texnologiyaları və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, konfransın bölmə iclaslarında yeni nəsil texnologiyalarının tətbiqi, internet şəbəkəsi və simsiz internetin inkişafı, elmi-tədqiqat işlərində İKT-dən istifadə və digər mövzulara dair 10-dan artıq elmi-məruzə dinlənilib.
Konfransda həmçinin NDU şəhərciyində daxili avtomat telefon stansiyası (ATS) əsasında alternativ lokal internet şəbəkəsi qurulmasının perspektivləri və s. mövzularla bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR