Bank Of Baku

Bakının 4 xəstəxanasının təcili yardım şöbələri müasir avadanlıqlarla təchiz olunacaq

Bakının 4 xəstəxanasının təcili yardım  şöbələri müasir avadanlıqlarla təchiz olunacaq
# 17 dekabr 2008 12:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yaponiya hökuməti, bu ölkənin “CAYKO” təşkilatı Azərbaycanın Səhiyyə Nazirliyi ilə Bakı şəhərindəki təcili tibbi yardım xidmətinin
təkmilləşdirilməsi ilə əlaqədar 2 ildir ki, birgə layihə üzərində işləyir. APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bu gün jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində Bakı şəhərinin 4 xəstəxanasının təcili yardım şöbələri avadanlıqlarla təchiz olunacaq: “Bu məqsədlə artıq Tokioda tender həyata keçirilib və mart ayının ortalarında bu avadanlıqlar respublikaya gətiriləcək. Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxana, Mərdəkan qəsəbəsindəki 26 saylı xəstəxana, Neyrocərrahiyyə xəstəxanası və 6 saylı xəstəxana bu layihə çərçivəsində təcili yardım avadanlığı ilə təchiz olunacaq. Eyni zamanda Bakı şəhəri Təcili Yardım Stansiyasına müəyyən avadanlıqlar və tədris üçün vəsait ayrılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR