Bank Of Baku

Azərbaycanda ötən ay 97 qida zəhərlənməsi faktı qeydə alınıb

Azərbaycanda ötən ay 97 qida zəhərlənməsi faktı qeydə alınıb
# 17 dekabr 2008 12:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin noyabr ayı ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 853, mikrobioloji göstəricilərinə görə 458, toksikoloji göstəricilərinə görə 83, radioloji göstəricilərinə görə 42 yeyinti məhsulları nümunələrini laborator müayinələrdən keçirib. Səhiyyə Nazirliyindən APA-ya bildiriblər ki, nümunələrin 23-də orqanoleptik və fiziki-kimyəvi, 17-də mikrobioloji göstəricilərə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evləri və restoranlardan götürülmüş 56 soyuq qəlyanaltı nümunəsinin 7-də, 3617 yaxma nümunəsinin 125-də mikrobioloji çirklənmə aşkarlanıb. Noyabrda əhali arasında 97 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisədən 111 nəfər zərər çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR