Bank Of Baku

Azərbaycanda qaçqın statusu almaq istəyənlər arasında İran, Pakistan və Əfqanıstan vətəndaşları üstünlük təşkil edir

Azərbaycanda qaçqın statusu almaq istəyənlər arasında İran, Pakistan və Əfqanıstan vətəndaşları üstünlük təşkil edir
# 17 dekabr 2008 12:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. 18 Dekabr - Beynəlxalq Miqrant Günü münasibətilə Azərbaycan Dövlət Miqrasiya Xidmətində (DMX) mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DMX rəisi Arzu Rəhimov 2007-ci ildə yaradılan xidmətin əcnəbi vətəndaşların qeydiyyatını aparmaqla, onlara daimi və müvəqqəti yaşamaq icazəsi, həmçinin, qaçqınlıq statusunun verilməsi məsələlərini tənzimlədiyini bildirib. O, 2009-cu ilin əvvəlində ölkədə leqal və qeyri-leqal məskunlaşan əcnəbilərin sayının dəqiqləşdiriləcəyini vurğulayıb.

Əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycana çoxlu sayda əcnəbinin gəldiyini qeyd edən A. Rəhimov onlardan 4200-nin işçi kimi müvafiq orqanlarda qeydiyyata alındığını söyləyib.

DMX rəisi qaçqın statusu almaq istəyən miqrantlar arasında İran, Pakistan və Əfqanıstan vətəndaşlarının üstünlük təşkil etdiyini, Dövlət Miqrasiya Xidmətinə bu ölkələrin ümumilikdə 100-ə yaxın vətəndaşının müraciətinin daxil olduğunu diqqətə çatdırıb: “Bu müraciətlərdən yalnız biri müsbət cavablandırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR