Bank Of Baku

Bakıda 72 uşaq kitabının təqdimatı keçirilib

Bakıda 72 uşaq kitabının təqdimatı keçirilib
# 17 dekabr 2008 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda “Beşik” nəşriyyatının çap etdirdiyi 72 uşaq kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən baş nazirin müavini və layihənin məsləhətçisi olan xalq yazıçısı Elçin bildirib ki, Azərbaycan ötən əsrdə dörd dəfə əlifba dəyişikliyinə məruz qalıb. Buna görə də Azərbaycan və dünya ədəbiyyatının qiymətli nümunələri sonrakı gələn nəsillər üçün oxunmaz olub. Ötən əsrin 90-cı illərindən sonra yenidən latın qrafikalı əlifbaya keçildiyini xatırladan Elçin bildirib ki, hələ də kiçik yaşlı uşaqlar üçün bədii ədəbiyyat nümunələrinin çatışmazlığı problemi qalmaqdadır. Azərbaycanda bir gündə 72 uşaq kitabının təqdimatının keçirildiyini böyük hadisə sayan Elçinin sözlərinə görə, bu layihə davamlı olacaq. Hələlik isə uşaq kitablarının nə qədər tirajla nəşr ediləcəyi bəlli deyil: “Bu seriyadan olan kitabların nışri davam eləyəcək. “Beşik” nəşriyyatı məxsusi bu layihədən ötrü yaradılıb”.
Akademik Bəkir Nəbiyev isə yeni uşaq kitablarının nəşrini 1913-cü ildə Firudun bəy Köçərli tərəfindən çap edilən “Balalara hədiyyə” kitabından sonra “ikinci böyük töhfə” adlandırıb: “Uşaqlar anadan olanda onlara yoluxucu xəstəliklərə yoluxmasınlar deyə peyvəndlər vururlar. Bu nağılları, rəvayətləri də uşaqların qanına, iliyinə vurulan ən yaxşı vaksin hesab edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR