Bank Of Baku

BMqT-nin baş direktoru dünya ölkələrini miqrant böhranı yaratmamağa çağırıb

BMqT-nin baş direktoru dünya ölkələrini miqrant böhranı yaratmamağa çağırıb
# 17 dekabr 2008 14:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Lesi Svinq 18 dekabr - Beynəlxalq Miqrant Günü ilə bağlı bəyanat yayıb. BMqT-nin Azərbaycan nümayəndəliyindən APA-ya daxil olan bəyanatda deyilir ki, ölkələr miqrantların iqtisadi inkişafa və dirçəlişə töhfə verə biləcəklərini qəbul etməli, hətta iqtisadi böhran şəraitində də miqrantların üzünə öz qapılarını bağlamaqdan çəkinməlidirlər. V. Svinq bildirib ki, 2050-ci ildə bəzi ölkələr doğumun səviyyəsinin aşağı düşməsi və əmək qabiliyyətli əhalinin yaşlanması, 60 yaşdan yuxarı əhalinin uşaqların sayından iki dəfə artıq olması səbəblərindən daha çox əməkçi qüvvə çatışmazlığı hiss edəcəklər: “Miqrantların üzünə qapıların bağlanması onları təyinat ölkələrinə qaçaqmalçılar və insan alverçiləri tərəfindən təklif olunan qanunsuz, həyat üçün təhlükəli olan girişlərdən istifadəyə vadar edəcək. Ən mühümü isə odur ki, bu cür reaksiya həmin ölkələrdə sosial təbəqələşmənin artmasına və “miqrantlar iş yerlərini qamarlayanlardır” mifini əbədiləşdirərək ksenofobiyaya gətirib çıxara bilər. Miqrantların üzünə qapıların bağlanması inkişaf etməkdə olan ölkələrə pul köçürmələrinin artmasına da mənfi təsir göstərir. Dünya Bankı 2009-cu ildə inkişaf etməkdə olan ölkələrə pul köçürmələrinin 2008-ci il üçün gözlənilən 283 milyard ABŞ dollarından az olacağını proqnozlaşdırır”.

V. Svinq dövlətləri miqrant böhranı yaratmamağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR