Bank Of Baku

Lənkərandakı dam örtüyü uçmuş bina təmir olunacaq

Lənkərandakı dam örtüyü uçmuş bina təmir olunacaq
# 17 dekabr 2008 15:13 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran şəhəri, Soltanağa Bayramov küçəsi 11 ünvanında yerləşən və dam örtüyü dekabrın 16-da uçmuş yaşayış binası sökülməyəcək. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri İlqar Dadaşov verib. Onun sözlərinə görə, hadisə yerinə baxış keçirən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə yerli icra strukturları mütəxəssislərinin birgə məsləhətləşmələrindən sonra bu qərara gəlinib: ”Yeddi ailənin yaşadığı bu bina ötən əsrin əvvəllərində inşa olunsa da, onun özülü və divarları davamlıdır. Əlverişli hava şəraiti yaranan kimi biz binanın dam örtüyünün təmirinə başlayacağıq”.
Qeyd edək ki, sözügedən binanın sakinləri hadisədən dərhal sonra evakuasiya olunaraq müvəqqəti qohumlarının yanına yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR