Bank Of Baku

Avropa Şurasının işgəncələrə qarşı komitəsinin üzvləri Azərbaycanda səfərdə olublar

Avropa Şurasının işgəncələrə qarşı komitəsinin üzvləri Azərbaycanda səfərdə olublar
# 17 dekabr 2008 15:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının işgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Komitəsinin
6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib. APA-nın məlumatına görə, səfərdə əsas məqsəd komitənin əvvəlki səfərlərindən sonra verdiyi tövsiyələrə uyğun olaraq məhbuslarla rəftarın yaxşılaşması istiqamətində vəziyyəti öyrənmək olub. Vladimir Ortakovun (Makedoniya) rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə nazirinin müavini Sənan Kərimov, bu nazirliklərin digər rəsmiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçiriblər. Onlar Ədliyyə Nazirliyinin tibbi-müalicə müəssisəsinə, Qobustan həbsxanasına, Bakıda və Maştağada yerləşən ruhi xəstəliklər dispanserlərinə, Şəkidə yerləşən regional ruhi-nevroloji dispanserə baş çəkiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR