Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasında doktorantlar üçün ilk simpozium keçiriləcək

Azərbaycan Diplomatik Akademiyasında doktorantlar üçün ilk simpozium keçiriləcək
# 18 dekabr 2008 09:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 19-20-də Azərbaycan Diplomatik Akademiyasında ilk dəfə olaraq doktorantlar üçün simpozium keçiriləcək. Diplomatik Akademiyadan APA-ya verilən məlumata görə, simpoziumun məqsədi elmi dairələrdə Azərbaycan haqqında biliklərin artırılması və Diplomatik Akademiyada davamlı akademik debatların təşkili, azərbaycanlı və xarici elm adamları arasında qarşılıqlı əlaqələrin stimullaşdırılması, Azərbaycanda həyata keçirilən təhsil islahatlarına xidmət edəcək əlaqələrin qurulması, araşdırma və tədris metodları sahəsində təcrübə mübadiləsi aparılmasıdır. Simpoziumda yerli və xarici elmlər namizədləri və doktorantlar bir araya gələcəklər. Əsas diqqət sosial elmlərə, xüsusilə beynəlxalq münasibətlər, iqtisadiyyat və beynəlxalq hüquq elmlərinə yönələcək. Tədbirdə Diplomatik Akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, digər dövlət rəsmiləri və nüfuzlu elm xadimləri – Cons Hopkins Universitetinin professoru Frederik Starr, Diplomatik Akademiyanın və Hayfa Universitetinin professoru Brenda Şaffer, Uilyam Mitçel Məktəbinin professoru, 2008-2009-cu il üçün “Fullbright” təqaüdçüsü Antoni Vayner və Ridinq Universitinin professoru Nigar Həşimzadənin iştirakı gözlənilir. Təhsil naziri Misir Mərdanov və Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev də simpoziumda çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR