Bank Of Baku

Cənubi Koreyada keçirilən Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edən 3 şagird medal qazanıb

Cənubi Koreyada keçirilən Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edən 3 şagird medal qazanıb
# 18 dekabr 2008 11:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Cənubi Koreyanın Çanqvon şəhərində fizika, kimya və biologiya fənləri üzrə keçirilən Yeniyetmələr arasında V Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlərin 3-ü bürünc medala layiq görülüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 6-15 dekabr tarixində keçirilən Olimpiadaya 51 ölkədən 600-dən çox şagird qatılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları, Bakı Dövlət Universitetinin, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təmsilçiləri və Türk Özəl Liseyinin şagirdlərinin daxil olduğu Azərbaycan nümayəndə heyətinə gənclər və idman nazirinin müavini İntiqam Babayev rəhbərlik edib. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən bilik yarışında Azərbaycan təmsilçiləri Aqil Əzimzadə, Fariz Hüseynli və Numan Faruk Sanıc bürünc medal qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR