Bank Of Baku

Dekabrın 24-də “İrəli” İctimai Birliyinin təsis konfransı keçiriləcək

Dekabrın 24-də “İrəli” İctimai Birliyinin təsis konfransı keçiriləcək
# 18 dekabr 2008 13:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dekabrın 24-də “İrəli” İctimai Birliyinin təsis konfransı keçiriləcək. Birliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, artıq 16 şəhər və rayondan təşəbbüs qrupları, o cümlədən 3 qeyri-hökumət təşkilatı “İrəli” İctimai Birliyinin təsis olunmasında iştirak etmək məqsədi ilə təşkilat komitəsinə müraciət edib. Təşkilat Komitəsinə müraciətlərin qəbulu dekabrın 23-dək davam edəcək.

Qeyd edək ki, “İrəli” Gənclər Hərəkatı dekabrın 9-da özünü buraxıb və bundan sonrakı fəaliyyətini ictimai birlik olaraq davam etdirmək barədə qərar qəbul edib. Birliyin təsis olunması ilə bağlı yaradılmış Təşkilat Komitəsinə Könül Nurullayeva sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR