Bank Of Baku

Azərbaycan Pedaqoji Universitetində Türkiyə Araşdırma Mərkəzi açılıb

Azərbaycan Pedaqoji Universitetində Türkiyə Araşdırma Mərkəzi açılıb
# 18 dekabr 2008 14:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi və TİKA-nın (Türk İşbirliyi və Kalkınma Ajansı) yardımı ilə “Türk odası” Türkiyə Araşdırma Mərkəzinin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən rektor Yusif Məmmədov 2004-cü ildən universitetdə “Türk Odası” adlı qurumun fəaliyyət göstərdiyini və burada təhsil alan türkiyəli tələbələrə kömək göstərdiyini bildirib: “Ötən illər ərzində Azərbaycanla Türkiyənin münasibətləri elə inkişaf edib ki, bu odanın elmi mərkəzə çevrilməsinə ehtiyac yaranıb”. Rektor bu təkliflə Təhsil Nazirliyinə müraciət etdiklərini və dəstək aldıqlarını söyləyib. Y. Məmmədov TİKA-nın mərkəzin maddi-texniki bazasının yaradılmasına ciddi dəstək verdiyini, müasir texnika və 500-dən artıq kitab hədiyyə etdiyini açıqlayıb.

Açılış mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ADPU-da 200-ə yaxın türkiyəli tələbənin təhsil aldığını deyib. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan səfir bildirib ki, bitməkdə olan il ərzində iki ölkənin prezidentləri və baş nazirləri 10 dəfə görüşüblər və 30 nazirin qarşılıqlı səfərləri həyata keçirilib. Onun sözlərinə görə, dünyanın heç yerində belə sıx münasibətlər yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR