Bank Of Baku

“Azərsun Holding” gözdən əlil uşaqlar üçün tədbir keçirib

“Azərsun Holding” gözdən əlil uşaqlar üçün tədbir keçirib
# 11 fevral 2009 16:10 (UTC +04:00)
Bakı-APA. “Azərsun Holding” yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təkmilləşdirilməsi və uşaqların peşə seçiminə yardım göstərilməsi istiqamətində qəbul etdiyi proqram əsasında davamlı sosial-mədəni tədbirlər həyata keçirir. “Azərsun Holding” Şirkətlər Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqram çərçivəsində, Mirzə Fətəli Axundovun “Hekayəti xırs Quldurbasan” komediyası “Azərsun Holding”in dəstəyi ilə, qrupun Mədəniyyət Mərkəzində gözdən əlil olan uşaqlara təqdim olunub.
“Bakı Kamera Teatrı”nın səhnələşdirdiyi tamaşada peşəkar aktyor oyunu və gülüş səhnələri tamaşaçıların ürəyincə olub.
Tədbirdə gözdən əlil uşaqlarla yanaşı, Uşaq və Gənclərin Reabilitasiya Mərkəzinə cəlb edilmiş uşaqlar da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR