Bank Of Baku

Bakıda “Quş qripi və vəhşi quşların Azərbaycanda rolu” mövzusunda milli seminar keçirilir

Bakıda “Quş qripi və vəhşi quşların Azərbaycanda rolu” mövzusunda milli seminar keçirilir
# 12 fevral 2009 09:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə “Quş qripi və vəhşi quşların Azərbaycanda rolu” mövzusunda milli seminar keçirir. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov Azərbaycanda “quş qripi”nin 2005-ci ildə aşkarlandığını, həmin vaxtdan indiyədək FAO ilə birgə üç seminar keçirildiyini xatırladıb. İ. Həsənov deyib ki, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FAO və digər təşkilatların birgə səyi nəticəsində Azərbaycanda “quş qripi”nin yayılmasının qarşısı alınıb.

Respublika Baytarlıq Laboratoriyasının direktoru Elman Aslanov isə “quş qripi” ilə bağlı monitorinqlərin mütəmadi davam etdirildiyini söyləyib. Hazırda Azərbaycanda 20 milyon ev quşunun olduğunu bildirən E. Aslanov həyətyanı sahələrdə 867 min quşun saxlanıldığını açıqlayıb. Onun sözlərinə görə, “quş qripi” ilə mübarizədə müəyyən problemlər hələ də qalmaqdadır. Xəbərdarlıqlara baxmayaraq, həyətyanı sahələrdə quşlar qapalı şəraitdə saxlanılmır, ovçular ciddi qadağalara məhəl qoymur, gənc mütəxəssislərə ehtiyac duyulur.

FAO-nun ornitoloji məsləhətçisi Sergey Xomenko isə “quş qripi” ilə mübarizənin yollarından danışıb.

Seminar fevralın 14-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR