Bank Of Baku

Azərbaycanda “quş qripi” təhlükəsi yoxdur

Azərbaycanda “quş qripi” təhlükəsi yoxdur
# 12 fevral 2009 09:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Köçəri quşların Azərbaycana miqrasiyası ölkədə “quş qripi” ilə bağlı təhlükəli vəziyyət yaratmayıb. APA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib ki, köçəri quşların Azərbaycana miqrasiyası ötən ilin dekabrında başlayıb və bu ilin martınadək davam edəcək. Azərbaycanda “quş qripi” ilə mübarizə tədbirlərinin hələ də davam etdiyini deyən İ. Həsənov hər ay seromonitorinq keçirdiklərini söyləyib. Sonuncu monitorinq yanvarda olub. Növbəti monitorinqə isə fevralın 16-da start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR