Bank Of Baku

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 150-dək layihə təqdim edilib

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 150-dək layihə təqdim edilib
# 12 fevral 2009 09:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə bu günə kimi 150-dək layihə təqdim edilib. Bu barədə APA-ya şuranın icraçı katibliyinin rəhbəri Fərasət Qurbanov məlumat verib. F. Qurbanov layihələrin qəbulu üçün müəyyənləşdirilmiş vaxtın başa çatmasına bir neçə gün qalmış qeyri-hökumət təşkilatlarının fəallaşdığını deyib: “Son günlər təqdim olunan layihələrin sayında artım hiss olunur”. Layihələrin qəbulu fevralın 15-də başa çatacaq və bundan sonra sənədlər ekspertizaya təqdim ediləcək.

Qeyd edək ki, şuranın elan etdiyi müsabiqəyə ötən il 361 layihə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR